Açiq mənbələrdən foto.
Cinayət işinə xitam verdirəcəyi adı ilə 165 min manat alan şəxs həbs edilib
Bakı/28.04.21/Turan: Hüquq-mühafizə orqanlarında istintaq edilən işlərin icraatına xitam verilməsi adı ilə vətəndaşların pulunu ələ keçirmiş şəxslə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun aprelin 28-də yaydığı məlumatda deyilir ki, bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidə, Baş Prokurorluğun İstintaq İdarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə Fəxrəddin Cavanşirovun 165 min manat məbləğində pulu almasına, vətəndaşı vəzifəli şəxsə pul vermək adı ilə rüşvətə təhrik etməsinə şübhələr yaranıb.
Cavanşirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə təkrar rüşvət verməyə təhrik etmə) maddələrilə ittiham edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib. -05D-
-
- Siyasət
- 28 Aprel 2021 13:18
-
- Partiya sistemi
- 28 Aprel 2021 13:23
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Siyasət,
- 13:08
- 568
Rəy yaz