Çindən gələn dörd tələbə karantində saxlanılır
Bakı/31.01.20/Turan: Yanvarın 29-da Çindən gələn dörd azərbaycanlı tələbə karantinə yerləşdirilib. Bu barədə Turan-a Səhiyyə Nazirliyindən bildiriblər.
Mənbənin məlumatına görə, karantin 14 gün davam edəcək. Həmin şəxslər Çinin Uhan şəhərini hələ yanvarın 23-də karantin elan edilməmişdən əvvəl tərk ediblər. Tələbələrin konkret olaraq harada karantində saxlandıqları, onlarla bağlı hansı müalicə və ya nəzarət tədbirlərinin həyata keçirildiyi açıqlanmır.
Xatırladaq ki, koronavirus epidemiyası başlamadan öncə Çində olan Azərbaycan vətəndaşlarının ümumi sayı 500 nəfər olub.-03B-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz