bakupost.az
"Çudo Peçka" şəbəkəsinin təsisçisi 12 il müddətinə həbs edilib
Bakı/09.08.18/Turan: Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" fast-fud şəbəkəsinin təsisçisi Çingiz Cəlilov barəsində hökm oxunub.
Məhkəmə onu CM-in 179.3.2-ci (böyük ölçüdə mənimsəmə və ya israf) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilib. Prokuror Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaq materiallarına əsasən, Cəlilov Standart Bank-ın keçmiş rəhbəri Səlim Krimanla əlbir olaraq, əmlakı girov qoyaraq, 21 874 000 manat məbləğində kredit götürüb. Amma bu əmlakın qiyməti şişirdilib.
Kreditin məqsədi kimi bağ alınması, mənzil təmiri, torpaq sahəsi alınması göstərilib. Sənədlər Cəlilovun özünün və ona yaxın insanların adına rəsmiləşdirilib.
Nəticədə, kreditlər yenidən strukturlaşdırılıb və 14 mln. manata yaxın vəsait mənimsənilib və Cəlilov və Kriman arasında bölünüb.
Xatırladaq ki, "Çudo Peçka" şəbəkəsi 2000-ci illərin əvvəllərində yaradılıb və bir neçə il uğurla inkişaf edərək, Bakıda aparıcı şəbəkəyə çevrilib. Amma bir neçə il sonra şəbəkə Bank Standart-ın borcu üçün satılıb, sonradan mövcudluğuna son qoyub. -06D-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz