
Bakı/10.01.19/Turan: Yanvarın 11-də Bakıda və Abşeronda hava tutqun, yağıntısız olacaq, səhər duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.
Gecə temperatur +1 dərəcəyə qədər düşəcək, gündüz isə +7 +10 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir, səhər duman olacaq, qərb küləyi əsəcək.
Aran rayonlarında temperatur gecə -1 dərəcəyə qədər, gündüz +7 +11 dərəcə təşkil edəcək.
Dağlarda gecə -3 -8 dərəcə, gündüz 0 -5 dərəcə şaxta olacaq.
Sinoptiklər yanvarın 11-də günortadan sonra 12-si günortaya qədər cənub küləyinin güclənəcəyini, bunun meteohəssas insanlara mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar. -02D-
Rəy yaz