Arxiv
Dini icmalar avtomobillərdən razı qalıb
Bakı/11.10.18/Turan: Azərbaycanda dini icmalara avtomobillərin verilməsi onların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə ölkə başısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna ayrılmış vəsait hesabına həyata keçirilib.
Turan-ın məlumatına görə, bu haqda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məlumat verib.
Onun bildirməsinə görə, ölkə başçısının sərəncamı ilə fonda 400 min manat ayrılıb. Dini icmaların böyük əksəriyyətinin maddi-texniki təchizatının yaxşı səviyyədə olmadığını qeyd edən M.İsmayılov sərəncamın bu reallıqlar nəzərə alınaraq verildiyini qeyd edib.
İcraçı direktor qeyd edib ki, avtomobillərin hansı dini icmalara verilməsi Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra reallaşıb. İlkin mərhələdə 14 dini icmaya avtomobil verilib. Bunlar Nardarandakı "Rəhimə Xanım Ziyaratgahı", Xətaidəki Əhmədli, Cəbrayıl rayonundakı Cocuq Mərcanlı, Balakəndəki "Mərkəzi Cümə", Tərtərdəki "Cümə" məscidi dini icmalarıdır. Bundan başqa Ağdam, Şuşa, Biləsuvar, Neftçala, Şəki, Qusar, Sabirabad, Gədəbəy, Qazax şəhəri üzrə dini icmalara da avtomobil verilib.
Dini icmalar avtomobillərin verilməsindən razı qalıblar.
"Biz bu qayğıya, diqqətə görə, ölkə baçısına minnətdarıq. Avtomobillərin verilməsi bizim bir çox qaygılarımızın, çətinliklərimizin aradan qaldırılmasına yardım edəcək".
Biləsuvar şəhərindəki "Cümə" məscidi dini icmasının axundu Hacı Əlifağa oktyabrın 10-da bəzi dini icmalara avtomobillərin verilməsi haqda AzadlıqRadiosuna danışarkən belə deyib. Dünən "Cümə" məscidi dini icmasına da avtomobil verilib.
Hacı Əlifağa bildirib ki, Azərbaycan tolerantlıq nümunəsidir.
"Bütün dünya görür ki, Azərbaycan tolerantlıq nümunəsidir. Belə bir mühitdə dini icmaların fəaliyyətinə bu şəkildə yardım, qayğı göstəilməsi alqışlanmalıdır. Mən 30 ildən çoxdur dini icmada çalışıram. Bizim icmaya ilk dəfə belə qayğı ölkə başçımızın sayəsində mümkün olub", deyən axund Qafqaz Müsəlmanları İdarəsinin, Dini Məsələlər üzrə Dövlət Komitəsinin dini icmaların bütün problemlərinin qayğısına qaldığını vurğulayıb.
H.Əlifağa deyir ki, həm də təkcə dini icmalar yox, bütün sahələr dövlətin qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, hansısa sahəyə ayrı-seçkilik göstərilir.
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz