Абульфаз Садыгбейли
Əbülfəz Sadıqlı azadlığa buraxıldı (YENİLƏNİB)
Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbsdən buraxılıb. Martın 6-da Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynov onun haqqında hökm çıxarıb.
Hökmə əsasən, Ə.Sadıqbəyli Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 (dələduzluq) maddələrilə təqsirli bilinərək, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun həbsdə saxlandığı 3 ay 15 günün hər günu iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub. Ona görə də cəzasından 7 ay çıxılıb. Üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılan Ə.Sadıqbəyli məhkəmə zalından azadlığa buraxılıb.
Hökmə əsasən, digər iki təqsirləndirilən şəxsdən Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlıya da 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.
"Nikoil" bankın Qaradağ filialının əməkdaşı olmuş Kamran Abbasova qarşı ittihamlara isə xitam verilib. O əsasla ki, K.Abbasov bu işdəki zərərçəkən tərəflə (bankla) barışıb, 11 minlik ziyanı ödəyib. Ziyanın bir misli qədər də (daha 11 min manat) Dövlət Xəzinədarlıq Agentliyinə ödəyib ki, bu halda, şəxs bu halda, cinayət məsuliyyətindən azad edilə bilər.
* * *
2019 Mart 06 (Çərşənbə) 19:02:03
Prokuror müsavatçının mühakimə olunmasını istəyir
Bakı/06.03.19/Turan: Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli, onun qohumu Asif Sadıqov və "Nikoil bank"ın keçmiş işçisi Kamran Abbasovun işi üzrə prosesdə prokuror, vəkillər və müttəhimlər son sözlə çıxış ediblər.
Xatırladaq ki, Ə.Sadıqbəyli 2018-ci ili noyabrında bir qrup şəxs ilə əlbir olub dələduzluq törətmək və saxta sənədlərdən istifadə etmək ittihamı ilə həbs olunub. O, kreditin ödənilməsilə bağlı "Nikoil bank"ın arayışının saxtalaşdırılmasında ittiham olunur. Lakin məhkəmədə kreditin ödənilməsi sənədlərlə sübut edilib.
İstintaq bildirib ki, Ə.Sadıqbəyli avtomobili girovluqdan götürmək üçün yol polisinə kredit borcunun ödənilməsi ilə bağlı saxta arayış təqdim edib. Guya bu işdə ona bankın keçmiş əməkdaşı K.Abbasov və onun qohumu, yol polisinin keçmiş əməkdaşı A. Sadıqov yardım edib.
Bu gün "Nikoil bank"ın nümayəndəsi bildirib ki, banka dəyən zərər ödənilib və müəssisənin müttəhimə qarşı iddiası yoxdur. Lakin prokuror bildirib ki, müttəhimlərin günahı sübuta yetirilib.
O, CM-in 320-ci maddəsinin (sənədlərin saxtalaşdırılması) Ə.Sadıqbəylinin üzərindən götürülməsini və onun ancaq 178-ci maddə (dələduzluq) ilə şərti olaraq 2,5 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
O, A.Sadıqovun da barəsində eyni cəzanın çıxarılmasını, banka zərərin ödənilməsilə bağlı K.Abbasova qarşı cinayət işinin dayandırılmasını xahiş edib.
Müttəhimlər son sözlərində günahsız olduqlarını və cinayət tərkibinin olmadığını bildiriblər. Ə.Sadıqbəyli qeyd edib ki, o, siyasi motivlərlə təqib olunur.
"İstintaq məndən ən çox Müsavat Partiyasının, gənclər təşkilatının fəaliyyəti barədə soruşub. Bundan öncə mənim atam, əmim həbs olunub. Bizi siyasi motivlərlə həbs ediblər", - Ə.Sadıqbəyli bildirib.
Vəkil Osman Kazımov Ə.Sadıqbəyliyə bəraət verilməsini xahiş edib.
Məhkəmə məşvərətə gedib. Hökm günün ikinci yarısında elan olunacaq.
Günün ikinci yarısında hakim hökmü elan edib - il yarım azadlıqdan məhrumetmə (şərti).
Müxalifətçi Turan agentliyinə şərhində hökmü qanunsuz adlandırıb. "Mən bu iş üzrə zərərçəkmişəm, amma mənim özümü cinayətdə ittiham edirlər. Səbəb müxalif fəaliyyətimdir. Hökmdən şikayət verəcəyəm", deyə o qeyd edib. -21C-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz