Əfqan Muxtarlının apellasiya məhkəməsi olacaq
Bakı/06.06.17/Turan: Bakı Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə baxacaq. Bu barədə onun vəkili Elçin Sadıqov "Azadlıq" radiosuna bildirib. O, həbs barədə qərarın əsassız olduğunu bildirib.
"Biz şikayətdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir", - vəkil bildirib.
Apellyasiya şikayətinə iyunun 6-da saat 12:30-da hakim İlqar Murquzovun sədrliyilə baxılacaq.
Jurnalist Ə.Muxtarlı mayın 29-da Gürcüstan ərazisində oğurlanıb və Azərbaycana gətirilib. O. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə ittiham olunur.
Bundan başqa ona qarşı CM-in 318.1, 206.1-cı maddələri (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) ilə ittihamlar irəli sürülüb. Məhkəmənin qərarı ilə ibtidai istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq Ə.Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur ki, Gürcüstanda yaşayır. O, Azərbaycanda təqib olunduğunu bildirib. Son vaxtlar Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edib. Bir sıra araşdırma yazılarının müəllifi, həmçinin Qarabağ müharibəsi iştirakçısıdır.
Cəmiyyət
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 173
Rəy yaz