Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb
Bakı/11.10.18/Turan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2018-2019-cu illər ov mövsümündə ovlanmasına icazə verilən heyvan növlərinin adlarını açıqlayıb.Bunlar qaban, dovşan, cüllüt, qaz, ördək və qaşqaldaqdır.
Qaban ovu sentyabrın 15-dən başlayıb və dekabrın 22-də bitəcək. Qaban ovu Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, İsmayıllı və Şəkinin müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında mümkündür.
Dovşan ovu noyabrın 17-dən yanvarın 12-dək Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında olacaq.
Cüllüt ovuna sentyabrın 15-dən icazə verilib və noyabrın 24-dək davam edəcək. Ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində ovlanması mümkündür.
Qaz, ördək, qaşqaldağın ovlanma müddəti oktyabrın 13-dən martın 1-dək davam edəcək. Bu quşların yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində ovlanmasına icazə veriləcək
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələrdə, xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında ov etmək qadağandır.
Qeyd edək ki, ölkə ərazisindən 10-a yaxın iri ovçuluq təsərrüfatı ərazilsi və xüsusi müəyyən olunmuş ov sahələri var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bir ov zamanı neçə heyvanın vurulmasına icazə verildiyi açıqlanmayıb. Bundan öncə nazirlik bildirmişdi ki, bir ov zamanı bir qaban (ən azı üç ovçu), altı qaşqaldaq, bir qaz, üç ördək və bir dovşanın ovlanmasına icazə verilir.
Ova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin lisenziyası və ovçuluq biletinin olması şərtilə icazə verilir.02D-
-
- Cəmiyyət
- 11 Oktyabr 2018 13:34
-
- İqtisadiyyat
- 11 Oktyabr 2018 14:05
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz