![Ekspert: �Dövlət vaksinasiya problemini həll etməlidir�](https://turan.az/resized/media/2019/main/042400018421-750-500-resize.webp)
Ekspert: �Dövlət vaksinasiya problemini həll etməlidir�
Bakı/24.04.19/Turan: Azərbaycanda su çiçəyinə qarşı peyvənd yoxdur. Bu barədə bu gün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, başqa ölkələrdə su çiçəyinə qarşı peyvənd edilir.
A.Əliyeva güman edir ki, bəlkə qarşıdakı illərdə Azərbaycanda bu xəstəliyə qarşı peyvəndləmə aparılacaq.
O qeyd edib ki, 2018-ci ildə 15 870 nəfər Azərbaycan vətəndaşı su çiçəyinə yoluxub.
"Bu yaxınlara qədər Azərbaycanda su çiçəyinə qarşı peyvəndləmə aparılırdı. Lakin məlum olmayan səbəblərdən hazırda bu, edilmir", - öz növbəsində tibb elmləri doktoru, professor Adil Qeybulla Turan-ın müxbirinə bildirib.
Onun sözlərinə görə, UNİSEF-in proqramına uyğun olaraq hər bir uşaq müəyyən yaşa çatdıqda vaksinasiya və immunizasiyadan keçməlidir. Məhz bu immunizasiyanın nəticəsidir ki, bütün dünyada infeksion xəstəliklərin sayı kəskin azalıb. "Uşaqlar vərəm, skarlatina, difteriya, su çiçəyi, qızılca və s. xəstəliklərə qarşı peyvənd olunmalıdır. Bütün bunlar həmin xəstəliklərə qarşı immunitetin möhkəmləndiriləmsi üçün edilir", -A.Qeybulla bildirib.
Ekspertin sözlərinə görə, dövlət infeksion xəstəliklərə qarşı bütün mübarizə metodlarından, o cümlədən vaksinasiyadan istifadə etməlidir. Vaksinasiya olmadan mümkün deyil və bu problem həll olunmalıdır, o vurğulayıb.-21B-
-
- Cəmiyyət
- 24 Aprel 2019 16:24
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz