![İçərişəhərdə yenidən tikinti aparılır](https://turan.az/resized/media/2019/main/042400018422-750-500-resize.webp)
İçərişəhərdə yenidən tikinti aparılır
Bakı/24.04.19/Turan: Bakının tarixi hissəsində İçərişəhərdə yenidən obyektlərin tikintisi aparılır.
Dünya mədəni irsi obyekti kimi UNESCO- tərəfindən qorunan İçərişəhərin Qala divarlarının yanında çəkilmiş fotolarda kərpic, sement qalaqları, hətta yarıyadək inşa edilmiş tikinti görünür. Çox güman ki, bu da restoran olacaq.
Mədəniyyət Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu tikintiyə, həmçinin bununla bağlı jurnalistlərin və ictimaiyyətin müraciətlərinə heç bir reaksiya vermirlər. Mədəniyyət Nazirliyi ancaq bu bəyanatla kifayətlənib ki, İçərişəhər dünya mədəni irsi siyahısından çıxarılmayıb. Belə olduğu halda, sual yaranır: tikintiyə kim icazə verib?
Bir neçə il öncə İçərişəhər ərazisində geniş miqyasda tikinti aparılırdı, tarixi abidələr sökülürdü. Sonuncu belə obyekt "Four seasons" oteli olub. Tikinti nəticəsində Qala divarının bir hissəsi sökülüb. Sonradan şəhərin tarixi hissəsində kommersiya obyektlərinin tikintisi dayandırıldı.
Hazırda tikinti bərpa edilib və görünür, bu barədə qərar yuxarıdan verilib. 21B-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz