Elman Quliyev polis təcridxanasında işə cəlb edilməsinə cəhd edildiyini bildirib
Bakı/02.08.19/Turan: Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyi ilə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyevin apellyasiya şikayətinə baxılıb.
O, iyulun 29-da Müsavat Partiyasının həbs edilmiş fəalı Azad Həsənova dəstək üçün keçirilmiş aksiyada saxlanılıb.
Elə həmin gün Nəsimi rayon məhkəməsinin qərarı ilə Quliyev 30 günlük həbs edilib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis nümayəndəsinin qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilib.
Apellyasiya Məhkəməsində təhqiqat zamanı vəkil Osman Kazımov etiraz aksiyasından videogörüntülərə baxılması barədə vəsatət qaldırıb.
Vəkil hesab edir ki, videogörüntülər obyektiv dəlildir və həqiqəti ortaya çıxaracq. "Videoda görünür ki, Elman Quliyev və digər şəxslər qanun pozuntusuna yol vermir. Əksinə, polis əməkdaşları kobud davranır, söyüş söyür", deyə vəkil bildirib.
Hakim Qasımov vəsatəti təmin etməyib.
Quliyev öz çıxışında ittihamı qəbul etməyib.
Fəal bildirib ki, Nərimanov rayon 21-ci Polis Bölməsində onun müdafiə hüququ pozulub, vəkillə təmin edilməyib.
Bu, məhkəmədə də davam edib, burada da o, vəkil seçmək hüququndan məhrum edilib.
Quliyev həmçinin bildirib ki, təcridxanada özünü DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin polkovniki kimi təqdim edən şəxs onun yanına gəlib. Ona yaxşı maaş və imkanlarla əməkdaşlıq təklif edilib. Quliyev təklifi qəbul etmədikdə həmin şəxs onu inzibati həbs müddəti başa çatdıqdan sonra ona qarşı cinayət işi açılacağı və bu dəfə uzun müddətlik həbsə salınacağı ilə hədələməyə başlayıb.
Vəkil Kazımov bununla əlaqədar məhkəmədən Quliyevin təhlükəsizliyinin gücləndirilməsi barədə qərar qəbul etməyi xahiş edib.
Amma hakim nə bu vəsatəti, nə də şikayətin özünü təmin etməyib. -16D-
-
- Söz istəyirəm
- 2 Avqust 2019 14:32
-
- Maliyyə
- 2 Avqust 2019 15:16
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz