Emin Huseynov
Emin Hüseynov: �Mehman aclığı davam etdirir�
Bakı/19.01.19/Turan: Bloger Mehman Hüseynovun qardaşı, xaricdə siyasi mühacirətdə olan Reportyorların Təhlükəsizlik və Azadlıq İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, son 10 gündə ilk dəfə yanvarın 18-də vəkillər Mehmana baş çəkiblər. Onlar deyiblər ki, Mehman ancaq maye süd məhsulları qəbul edir. O, üzgün durumda olub. Onun sanitar hissəyə köçürülməsilə bağlı tələbi yerinə yetirilməyib.
Dekabrın 29-dan Mehmanı müayinə edən və yanvarın 11-də Avropa İttifaqı nümayəndə heyəti üzvlərinin ona baş çəkməsi ərəfəsində səhhətinin ağır olması barədə rəy verən həkim kənarlaşdırılıb və bu görüşdə başqa həkim iştirak edib.
Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib. O deyib ki, sanitar hissəyə və ya karserə köçürülməsini istəyib. Çünki kamerada başqaları yemək yeyir və yemək qoxusundan onun halı daha da pis olur.
Bloger xahiş edib ki, yanına heç kim gəlməsin və onunla foto çəkdirməsin. Xarici diplomatlar gəlmək istəsələr, o zaman xarici həkimlərlə birlikdə gəlsinlər. O, yeni yerli həkimə etibar etmir, E.Hüseynov bildirib.
Öz tərəfindən RATİ tərəfdaş beynəlxalq təşkilatlar ilə birlikdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerdən və xarici əlaqələr üzrə ali nümayəndə Federika Mogerinidən daxili araşdırmanın aparılmasını xahiş etmək niyyətindədir. Çünki Mehmanın aclığı dayandırması ilə bağlı Avropa Parlamentinə dezinformasiya ötürülür.
Emin Hüseynov Avropa İttfaqı nümayəndə heyətinin Mehmanın həkim nəzarətində olmasını qeyd etməsindən təəccübləndiyini bildirib. Halbuki, Mehmanı sanitar hissəyə köçürməyiblər, digər məhbuslardan təcrid etməyiblər, onun vəziyyətinin ağır olması barədə rəy vermiş həkimi isə kənarlaşdırıblar. --0-
-
- Foto sessiyalar
- 19 Yanvar 2019 21:32
-
- Siyasət
- 20 Yanvar 2019 01:19
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz