science.gov.az
Eramızdan əvvələ aid bəzək əşyaları tapılıb
Bakı/19.04.18/Turan: Azərbaycanlı alimlər Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında eramızdan əvvəl 1-ci minilliyə aid qızıl və gümüşdən hazırlanmış bəzək əşyaları aşkar ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblin rəhbərlik etdiyi qrup adıçəkilən rayonlarda araşdırmalar aparıb.
Araşdırmaların məqsədi orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyətinin yoxlanılması, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsinin müəyyənləşdirilməsi olub. Qrup bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyini qeydə alıb.
Alimlər təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalan qədim qəbir abidələrində qızıldan və tuncdan hazırlanan bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyaları aşkar ediblər. Bu əşyalarla yanaşı saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə - eramızdan əvvəl I minilliyin birinci yarısına aid olduğu müəyyən edilib.
AMEA qeyd edir ki, bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.-0-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz