Fəal 400 saat ictimai işlərə cəlb edilib
Bakı/23.10.19/Turan: Xətai rayon məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə psixoloq Nərmin Şahmarzadəyə qarşı iddia üzrə proses yekunlaşıb.
Məhkəmə onu CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilərək, 147-ci (böhtan) maddəsi ilə isə ona bəraət verərək, 400 saatlıq ictimai işlərə məhkum edib.
Xatırladaq ki, ötən il dekabrın sonlarında Şahmarzadə sosial şəbəkələrdə milli qəhrəman Mübariz İbrahimov haqqında yazı dərc edib. O, onun qəhrəmanlığını şübhə altına qoyub. Bundan sonra İbrahimovun anası xüsusi ittiham qaydasında iddia qaldırıb.
Mübariz İbrahimov 2010-cu il iyunun 18-də Tərtər istiqamətində cəbhə xəttində 4 erməni hərbiçisini öldürərək və bir neçə hərbiçini yaralayaraq, həlak olub.
Şahmarzadə bugünki prosesdə bildirib ki, İbrahimovun xatirəsini təhqir etməyib . O, həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir və heç kimin ölməsini istəmir.
Onun vəkili öz növbəsində bildirib ki, Şahmarzadənin yazısında təhqir deyil, sadəcə tənqid var idi. Vəkil məhkəmədən Şahmarzadəyə bəraət verməsini xahiş edib. -03D-
-
- İqtisadiyyat
- 23 Oktyabr 2019 14:19
-
- Cəmiyyət
- 23 Oktyabr 2019 14:51
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz