Fəallar həbsdə olan dindarlara qarşı qeyri-insani rəftara son qoyulmasını tələb ediblər
Bakı/10.05.19/Turan: Fəallar həbsdə olan dindarların səhhəti və onlara qarşı rəftarla bağlı narahatlıqlarını bildiriblər. Dindar siyasi məhbusların hüquqlarını Müdafiə Komitəsinin mayın 10-da təşkil etdiyi "Siyasi məhbuslara qarşı repressiyalar və işgəncələr" mövzusunda "dəyirmi masa"nın iştirakçıları hakimiyyəti dindarlara qarşı işgəncə faktlarının araşdırılmasına, onlara tibbi yardım göstərilməsinə və onların hüquqlarının bərpasına çağırıblar.
Komitənin həmsədri Eldəniz Quliyev görüşü açaraq həbsxanalarda dindarlara qarşı qeyri-insani rəftar və işgəncələr barədə daxil olan məlumatlarla bağlı narahatlığını bildirib.
2018-ci ilin Gəncə hadisələri üzrə ittiham olunanlar xüsusilə amansız rəftara məruz qalıblar.
"Həmin insanlara qarşı törədilənlər nə qanunla bir araya sığır, nə də humanizmlə. İş o yerə çatıb ki, məhbuslardan biri nəzarətçidən dərman istədiyinə görə onu döyüblər və ayağından asıblar", - E.Quliyev bildirib.
Komitənin digər həmsədri Rövşən Əhmədli ictimaiyyəti dindar siyasi məhbuslara qarşı özbaşınalığa laqeyd qalmamağa çağırıb.
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti konsolidasiya olmalı və işgəncələrə, alçaltmalara, dini fəallar da daxil olmaqla, bütün siyasi məhbusların əsassız təqib olunmasına son qoyulmasını tələb etməlidir.
Yazıçı Zümrüd Yağmur diqqəti dindarların səhhətinin pozulmasına yönəldib.
Qobustan həbsxanasında işgəncə nəticəsində Abbas Hüseynovun ayağında maye toplanması prosesi gedir.
Cabbar Cabbarov qaraciyər xəstəliyindən əziyyət çəkir. Ceyhun Əliyev və Sahil Rzalının da ciddi problemləri var. Babək Həsənovun qaraciyər və onurğa problemi var.
Nardaran əməliyyatı zamanı ayağından yaralanmış Şamil Abdullayevin əməliyyata ehtiyacı var. Əks halda onu ayağının 15 sm. qısaldılması təhlükəsi gözləyir. Ancaq sözügedən məhbuslar keyfiyyətli tibbi yardımla təmin olunmurlar.
Görüşün yekunlarına əsasən bəyanat qəbul edilib. Bəyanatda hakimiyyətdən təhqiqatların obyektivliyinin təmin edilməsi, məhbuslarla qanunsuz davranış formalarına yol verilməməsi, onların hüquqlarına əməl edilməsi, işgəncələrin törədilməsində və cinayət işlərinin saxtalaşdırılmasında günahı olanların cəzalandırılması tələb olunur. 21C06--
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 292
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz