Oktay Gülalıyev
Fəallar “İşgəncələrə son qoyulsun!” kampaniyasına başlayır
Bakı/28.10.19/Turan: Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniyaya başlayır, bu barədə komitənin əlaqələndiricisi Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, kampaniya vətəndaşlardan daxil olan müraciətlər və problemin vacibliyi nəzərə alınaraq keçirilir.
Kampaniyanın keçirilməsi üçün məşhur vətəndaş cəmiyyəti fəalları – Eldəniz Quliyev, Namizəd Səfərov, Əlövsət Sadıqlı, Oqtay Gülalıyev, Nigar Həzi, Rövşən Əhmədli, İradə Nəriman, Zəfər Əhmədov və Nəsir Əliyevdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsi qoşulmaq istəyənlər üçün açıqdır.
Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat veriləcək.
“Gəlin, zorakılığa və işgəncələrə birlikdə etiraz edək!”, deyə komitənin press-relizində qeyd edilir. -06B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz