Fəallar vətəndaş sektoruna qarşı siyasətin liberallaşdırılmasını tələb edirlər
Bakı/13.10.18/Turan: Dünən bir qrup fəal tərəfindən vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları mövzusunda dinləmələr təşkil edilib.
Müzakirə iştirakçıları vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması üçün 2013-cü ilə qədər mövcud olan qanunvericiliyə qayıtmaq lazım olduğu barədə həmrəy olublar.
Həmçinin vətəndaş cəmiyyəti institutlarına qarşı real siyasətin liberallaşdırılması, məhkəmələrdə vəkil olmayan şəxslər tərəfindən nümayəndəlik institutunun bərpa edilməsi zərurəti qeyd edilib.
Azərbaycanda vətəndaşların hüquqlarının müdafiəsi heç vaxt indiki qədər zəif olmayıb, Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva belə hesab edir. QHT-lərin hazırki vəziyyəti insan hüquqları sahəsində vəziyyətə çox mənfi təsir edir.
"İnsanlar dövlət, məhkəmə və QHT-lər tərəfindən hüquqlarının müdafiəsinə nail ola bilmirlər. İnsanlar özlərini müdafiəsiz hiss edirlər və bu təmayül getdikcə daha da güclənir", deyə o bildirib.
"Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi" QHT-nin rəhbəri Elçin Məmməd qeyd edib ki, nümayəndəlik institutunun ləğvindən sonra vətəndaşlar problemli kreditlərlə əlaqədar faktiki olaraq müdafiəsiz qalıblar. Məhkəmələrdə şikayətlərin əksəriyyəti məhz bununla bağlıdır.
Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu beynəlxalq donorların Azərbaycanda fəaliyyətinə məhdudiyyətin aradan qaldırılmasını zəruri hesab edir. Bu, Azərbaycanın beynəlxlaq imicinə müsbət təsir edə bilərdi, deyə o bildirib.
Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanı QHT-lərə təzyiqin davam etməsindən şikayət edib. 2014-cü ildə QHT-lərə qarşı cinayət işləri açılıbsa və bank hesabları dondurulubsa, indi onları fəaliyyətinin monitorinqini fəalların apardığı şirkətlər təqib edir, deyə Qəhrəmanlı bildirib. -06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz