Feministlərin aksiyasının qarşısı alınacaq
Bakı/07.03.19/Turan: Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayaraq, martın 8-də Bakıda feminist qadınlardan ibarət qrupun elan etdiyi yürüşün qarşısı alınacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə martın 8-də "8 MARŞ - şiddətə etiraz et" adlı aksiya keçirilməsi haqqında "event" yaradılıb. Aksiya məişət zorakılığına və qadın bərabərsizliyinə etiraz bildirmək məqsədilə təşkil edilir.
Paytaxt polisi xatırladır ki, "Toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə uyğun olaraq, kütləvi aksiyalar keçirmək üçün təşkilatçılar şəhər hakimiyyətindən müvafiq icazə almalıdır. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı kütləvi aksiyanın keçirilməsi qanunazidd əməldir və onun qarşısı alınacaq.
Aksiyanın saat 14.00-da "Azad qadın" abidəsi qarşısında başlaması planlaşdırılırdı. İştirakçılar buradan "Natavan" abidəsinə tərəf yürüş edəcəkdilər. -06D-
-
- Siyasət
- 7 Mart 2019 18:13
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz