Source: SOCAR
Fırtına ilə əlaqədar neftçilər təxliyə edilib
Bakı/30.03.18/Turan: Martın 30-31-də davam edəcəyi gözlənilən fırtınalı hava ilə əlaqədar ayın 30-da 1000-dən çox neftçi Dövlət Neft Şirkətinin (SOCAR) platformalarından təxliyə edilib. Sinoptiklər açıq dənizdə küləyin gücünün 30-35 m/san-yə çatacağını proqnozlaşdırırlar.
Neftçilər helikopterlər və gəmilərlə təxliyə olunub.
SOCAR-ın məlumatına görə, dəniz yataqlarında açıq havada işlər, nəqliyyatın və əməkdaşların estakadalarda və platformaların istehsalat meydançalarında hərəkəti maksimum məhdudlaşdırılıb.
Bundan başqa, tikintilərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi ilə bağlı göstəriş verilib, növbətçilik təşkil olunub.
Bu təhlükəsizlik tədbirləri dəniz estakadalarında baş vermiş bir neçə faciəvi hadisə ilə izah olunur. Son 2-3 ildə fırtına zamanı estakadaların uçması və yanğınlar nəticəsində 40-dan çox neftçinin həlak olub. -06B-
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz