![Fransada Azərbaycan vətəndaşı güllələnib](https://turan.az/resized/media/2018/main/033000008841-750-500-resize.webp)
Fransada Azərbaycan vətəndaşı güllələnib
Bakı/30.03.18/Turan: Bu gün səhər Fransanın Tuluza şəhərində Azərbaycan vətəndaşı Rəhim Namazov güllələnib. Atəş açılarkən onun həyat yoldaşı və uşağı da yaralanıb, xəbəri Fransa KİV-ləri yayıb.
Fransa hakimiyyətinin məlumatına görə, Namazov Azərbaycanlı mühacirdir, o, 2010-cu ildə özünü jurnalist kimi təqdim edərək, sığınacaq alıb.
Onun sözlərinə görə, o, "Əlillər" və "Hakimiyyət" qəzetlərində işləyib, korrupsiyanı və saxtakarlıqları ifşa edib.
Amma bu şəxs jurnalistlər arasında tanınmır və Youtube-da videomüsahibədən göründüyü qədər, mətbuatdan kifayət qədər uzaq insandır.
Bəzi məlumatlara görə, onun Azərbaycanda fırıldaqçılıq maddələri ilə üç məhkumluğu olub. -02B-
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Rəy yaz