Gədəbəydə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı jurnalisti döyüb
Bakı/06.05.20/Turan: Anews.az xəbərlər saytının müxbiri Zaur Qəmbərov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb. Hadisə mayın 4-də, Z.Qəmbərov daxil olan şikayəti araşdırmaq üçün DSMF şöbəsinə gedərkən baş verib.
Anews.az-ın məlumatında deyilir ki, DSMF rəhbərinin müavini İbrahim Ələsgərovla söhbət zamanı Qələndərov otağa girib və jurnalisti təhqir etməyə başlayıb.
Qələndərov jurnalisti hədələyib və dəhlizə çıxaraq orada “haqq-hesab çəkməyə” çağırıb.
Dəhlizdə Qələndərov jurnalisti təhqir etməyə davam edib. Orada olan Xudaverdiyev görüb ki, jurnalist hadisəni mobil telefonuna qeyd edir, telefonu müxbirin əlindən alıb, sonra onu yerə yıxaraq təpikləyib. Müxbir telefonunu almağa çalışarkən məmur onu əli ilə vurub.
Münaqişə bir müddət davam edib və müxbir Xudaverdiyev və onun sürücüsü tərəfindən fiziki təzyiqə məruz qalıb.
Redaksiya insident ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin bu qurumda müxbirin özünü günahandırıblar ki, şöbənin rəisi İbrahim Ələsgərovun otağına girərək məmuru təhqir edib.
Redaksiya sındırılmış telefonu və Qəmbərovun qanlı əllərinin fotosunu nazirliyə təqdim edib, baş verənlər isə DSMF-nin videomüşahidə kameraları tərəfindən qeydə alınıb.
“Şübhə etmirik ki, Elsun Xdudaverdiyev kimilərin nazirlik rəhbərliyi tərəfindən cəzasız qalması özlərini vətəndaşlara və jurnalistlərə qarşı belə qanunsuz və hüquqazidd aparmalarına rəvac verən amillərdəndir”, - redaksiyanın bəyanatında deyilir.
Sayt hüquq- mühafizə orqanlarına müraciət edərək Xudaverdiyev və sürücüsünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Redaksiya həmçinin Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək Gədəbəy rayonunda özbaşınalıq edənlərin cəzalandırılması üçün yardım göstərilməsini xahiş edib.
Qarşı tərəfdən şərh almaq mümkün olmayıb.—06D-
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 180
-
- Bazarların icmalı,
- 14:22
- 187
Rəy yaz