Gəncə hadisələri üzrə ittiham olunan 14 nəfərin barəsində hökm oxunub
Bakı/04.03.19/Turan: Martın 1-də Bakının Sabunçu Rayon Məhkəməsində 2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri üzrə ittiham olunan iki qrupun barəsində hökm oxunub.
Müttəhimlərin yaxınları Turan-a bildiriblər ki, Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmodov 2018-c il iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş vermiş iğtişaşların təşkilində ittiham olunan altı nəfərin barəsində hökmü oxuyub.
Məhkəmə Elman Rüstəmov və Nemət Heydərlini 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevi 7, Renat Məmmədovu 6 il azadlıqdan məhrum edib.
Onlar CM-in 220.1-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə təqsirli bilinibilər. E.Rüstəmov və N.Heydərli həm də CM-in 315.2-ci maddəsi (polisə müqavimət göstərmək) ilə təqsirli biliniblər.
Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı proses Bakıda qapalı rejimdə keçirilir. Mətbuat iclasa buraxılmır.
Həmin gün Sabunçu məhkəməsində başqa prosesdə Gəncə hadisələri üzrə təqsirli bilinən daha 8 nəfərin barəsində hökm oxunub.
E.Quliyev 8, E.Hacıyev 7, C.Əzizov, Q.Nuruzadə, F.Mirzəliyev, S.Rəcəbov, S.Əzizov 6, R.Nuruzadə 5 il azadlıqdan məhrum olunublar. Digər bir neçə qrupun işinə baxılması davam edir.
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.
İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.
Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.-06D-
-
- Cəmiyyət
- 4 Mart 2019 12:18
Cəmiyyət
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
Rəy yaz