блогер Мехман Гусейнов
Mehman Hüseynov mətbuat konfransı keçirəcək
Bakı/04.03.19/Turan: İki il həbs cəzasından sonra azadlığa çıxan bloger Mehman Hüseynov martın 5-də mətbuat konfransı keçirəcək.
Görüşə yerli və Azərbaycanda akkreditə olunmuş jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, xarici diplomatik missiyaların nümayəndələri dəvətlidir. Mətbuat konfransında ingilis dilinə tərcümə olacaq.
Bloger həbsdə olduğu müddətdə son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirmək niyyətindədir.
Mətbuat konfransı 5 mart saat 11:00-da Bakı, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 33/1-də olacaq.
Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunmuşdu. Buna onun Nəsimi polisində işgəncələrə məruz qaldığını bəyan etməsi səbəb olmuşdu.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Dekabrın sonlarında ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli icitmaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib. -06D--
-
- Maliyyə
- 4 Mart 2019 13:09
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz