Gəncə hadisələrində ittiham olunan şəxs Moskvada saxlanılıb
Moskva/12.10.18/Turan: Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxs oktyabrın 11-də Moskvada saxlanılıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, 34 yaşı var. Terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırılşlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən şəxs Gəncə hadisələri ilə əlaqədar saxlanılır.
Rusiya və Azərbaycanın müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.-02D-
-
- İqtisadiyyat
- 12 Oktyabr 2018 13:00
-
- İqtisadiyyat
- 12 Oktyabr 2018 13:07
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz