
Bakı/14.07.18/Turan: Hüquq-mühafizə orqanları Gəncə şəhərində iyulun 10-da baş vermiş iğtişaşlarda, habelə iyulun 3-də şəhər merinə sui-qəsddə iştirak etməkdə şübhəli bilinənlərin həbsinin davam etdiyini bildirir.
Belə ki, ölkənin hökumətyönlü KİV-ləri bu gün iyulun 3-də terror aktında (merə qarşı hücum) iştirak etməkdə ittiham olunan ölkə vətəndaşı Akif Əliyevin həbs edildiyini bildirib.
Həmçinin, 10 iyul iğtişaşlarının iştirakçıları - Seymur Əliyev və Elman Rüstəmov həbs edilib.
Baş Prokurorluqda həmçinin iki saytın - "günunsesi.info" ve "teref.info" saytlarının rəhbərliyi barəsində "qəzdən yalan məlumat yaymağa" görə cinayət işi açılıb.
Beş nəfər isə Rusiya və Gürcüstan sərhədlərini keçərkən saxlanılıb. -02D-
Rəy yaz