![Gəncədə baş prokurorun vətəndaşları qəbulunun təşkili ilə bağlı narazılıq](https://turan.az/resized/media/2019/main/052400019161-750-500-resize.webp)
Gəncədə baş prokurorun vətəndaşları qəbulunun təşkili ilə bağlı narazılıq
Bakı/24.05.19/Turan: Bu gün 200-ə yaxın insan gəncədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun qəbuluna düşməyə çalışıb. Amma görüşün keçirildiyi Gəncə Şəhər Prokurorluğunun binasına cəmi 25 sakin daxil ola bilib.
Gəncə sakinlərinin məlumatına görə, şəhər prokurorluğunun binası polis tərəfindən 200 metrədək dövrəyə alınıb və Qaralovun qəbuluna düşmək istəyənləri buraxmayıblar.
Polis vətəndaşları sıxışdıraraq, prokurorluqdan uzaqlaşdırıb.
Şikayətçilər arasında 2018-ci ilin iyulunda Gəncə hadisələri zamanı həbs edilən və sonradan işgəncələrə məruz qalan şəxslərin ailə üzvləri də var idi.
Bu insanların yaxınları dəfələrlə KİV-ə istintaqın qeyri-obyektiv aparıldığını, əsasən dindar şəxslər olan həbs edilənlərə işgəncə verildiyini bildiriblər. -06D-
-
- Siyasət
- 24 May 2019 13:48
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz