İ.Əliyev: Sabitliyin müdafiəsi əsas vəzifədir
Bakı/24.05.19/Turan: Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurub və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin verdiyi iftar yeməyində çıxış edərkən bildirib.
Azərbaycan və müsəlman ölkələri beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir, deyə prezident qeyd edib.
"Bu gün, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qoruma, xalqın rifahını yaxşılaşdırmaq, ölkəni mümkün risklərdən qorumaq əsas vəzifələrdir", deyə prezident sözünə davam edib.
O qeyd edib ki, Azərbaycan islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırır və bu fəaliyyət bundan sonra da davam etdiriləcək.
Dağlıq Qarabağ probleminə toxunan Əliyev Dağlıq Qarabağı tarixi Azərbaycan torpaqları adlandırıb və ölkənin ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur, son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. "Ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Azərbaycanın uğurlu, dayanıqlı inkişafı bundan sonra da təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra ediləcək", deyə Əliyev bildirib. -06D-
-
- İqtisadiyyat
- 24 May 2019 13:40
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz