Gəncədə polislərin öldürülməsində şübhəli bilinən şəxslər axtarılır
Bakı/11.07.18/Turan: Hüquq-mühafizə orqanları iyulun 10-da axşam saatlarında Gəncədə baş verən iğtişaşlar zamanı iki polis zabitinin öldürülməsində şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib. Bu şəxslərin axtarışı həyata keçirilir.
Baş Prokurorluq, DİN və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) birgə məlumatında xatırladılır ki, 10 iyul 2018-ci il tarixində bir qrup dini radikal Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmağa cəhd edib. Onlar polis əməkdaşlarına müqavimət göstəriblər, küt və batıcı-kəsici alətlərdən istifadə ediblər. Qarşıdurmalar nəticəsində iki polis zabiti həlak olub.
Görülmüş əməliyyat-istintaq tədbirləri nəticəsində polis əməkdaşlarına qarşı cinayət törətməkdə şübhəli bilinən şəxslər kimi əvvəllər qətl və talana görə mühakimə olunmuş Böyükkişiyev Rəşad Məmmədəli oğlunun (1988-ci il təvəllüdlü) və Qasımov Fərrux Xaqani oğlunun (1988-ci il təvəllüdlü) kimliyi müəyyən olunub. Hazırda şübhəli şəxslərin intensiv axtarışı həyata keçirilir.
Qətiyyətli tədbirlər nəticəsində Gəncədə ictimai asayiş bərpa olunub. Ümumilikdə respublikada sabitlik və təhlükəsizlik etibarlı şəkildə qorunur, deyə press-relizdə qeyd edilir. -06D-
-
- Cəmiyyət
- 11 İyul 2018 10:23
-
- Söz istəyirəm
- 11 İyul 2018 11:42
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz