![Gəncənin icra başçısına sui-qəsdin təşkilində şübhəli bilinən daha bir nəfər öldürülüb](https://turan.az/resized/media/2018/main/072500011989-750-500-resize.webp)
Gəncənin icra başçısına sui-qəsdin təşkilində şübhəli bilinən daha bir nəfər öldürülüb
Bakı/25.07.18/Turan: Hakimiyyət iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində ittiham olunan şəxsləri məhv etməkdə davam edir.
İndiyədək üç nəfər öldürülüb, bu gün isə hüquq-mühafizə orqanları Ağa Sərxaninin öldürüldüyü barədə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Yunis Səfərovla birlikdə Gəncənin icra başçısına qarşı sui-qəsd hazırlayıb. Onun barəsində axtarış elan edilib.
Lakin qətlin harada və hansı şəraitdə baş verdiyi açıqlanmır. Hakimiyyət bildirir ki, 2016-ci ildə o, Suriyada hərbi əməliyyatlarda iştirak edib və dəfələrlə İrana gedib.
Ancaq hakimiyyətin şübhəliləri nədən tutmayıb öldürməsinin səbəbləri açıqlanmır. İstintaqın müttəhimlərsiz aparılacağını söyləmək çətindir. Ancaq, görünür, hakimiyyət artıq özü üçün məsələni götür-qoy edib.
Xatırladaq ki, iyulun 3-də əslən Gəncədən olan Rusiya vətəndaşı Yunis Səfərov Gəncənin icra başçısı Elmar Vəliyevə bir neçə atəş açıb. Qeyri-rəsmi versiyaya görə, o, mühafizəçini güllələyib, sonra tapança ilişib və Y.Səfərov E.Vəliyevə tapançanın qundağı ilə zərbə endirib. E.Vəliyev yerə yıxılıb və başı zədələnib.
Hazırda E.Vəliyev müalicə olunur. Onun səhhəti barədə açıqlama verilmir. Qeyri-rəsmi məlumatlara görə, öncə Türkiyəyə, sonra İsrailə aparılıb.
İyulun 10-da keçirilən etiraz aksiyası zamanı şəhər polisi rəhbərliyində təmsil olunan iki baş zabit həlak olub. Rəsmi məlumatlara görə, iğtişaşlarda iştirak edən 20-dən çox adam həbs edilib. -16D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz