Gender bərabərliyinin təbliği üzrə #GücümüzBərabərdir layihəsi başlayıb
Bakı/12.05.19/Turan: Mayın 7-də qadın və kişilərin bərabər imkanlar və hüquqlarla təmin olunmasına çağıran #GücümüzBərabərdir layihəsi başlayıb.
Təşəbbüskarlar qadın və kişi hüquq bərabərliyini təmin etməyə və qadın iştirakçılığının artırılmasına dəstək olmağa çağırırlar.
Kampaniyada qadın və kişinin bərabər olduğunu dəstəkləyən hər kəs əl-ələ şəkillərini sosial media hesablarından paylaşaraq iştirak edə bilər.
#GücümüzBərabərdir sosial kampaniyası cəmiyyətdə qadınlarla bağlı yaranan stereotiplərə alternativlər verməklə qadın və kişi hüquq bərabərliyini təbliğ edir.
"UNICEF" qadın və kişilərin, qız və oğlanların eyni şərtlərlə, hüquqlarla, imkanlarla yaşamasını nəzərdə tutur. Konstitusiyamız da qadın və kişilərin bərabər hüquqlarla yaşamasını təmin edir. Bəs biz bərabər şərtlərlə və imkanlarla yaşayırıqmı?", - məlumatda deyilir və bərabərlik ideyasını dəstəkləyən hər kəs bu kampaniyaya qoşulmağa, bu layihənin bir hissəsi olmağa çağırılır.
Layihə "Fırfıra" hərəkatı tərəfindən hazırlanıb. Məqsəd cəmiyyətdə mövcud olan sosial problemlərin təbliğatı və sağlam mühiti formalaşdırmaqdır.
Artıq Facebook və İnstagram platformalarında çoxları bu çağırışa qoşulub.
Layihəyə qoşulmaq üçün sosial media kanallarından istifadə edərək fotonu #GücümüzBərabərdir həştəqilə paylaşmaq lazımdır.-06D--
-
- Cəmiyyət
- 13 May 2019 10:34
Cəmiyyət
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
İmişlidəki hadisə nəyi göstərdi? – Asif Yusifli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:38
- 229
-
- Söz istəyirəm,
- 11:25
- 405
-
- Cəmiyyət,
- 11:19
- 262
-
- Siyasət,
- 00:12
- 711
Rəy yaz