Gilyermo Kano mükafatı Xədicə İsmayılovanın anasına veriləcək
Həbsdə olan jurnalist Xədicə İsmayılova UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Təqdimolunma 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr edilib.
Ötən gün mükafatın təqdim olunması mərasimində X.İsmayılovanın anası Elmira İsmayılova Helsinkidə Finlandiyanın keçmiş prezidenti Tarja Halonen və UNESCO-nun baş katibi İrina Bokova ilə görüşüb.
Mükafat kolumbiyalı jurnalist Gilyermo Cano Isazanın şərəfinə təsis edilib. Jurnalist 1986-cı il dekabrın 17-də Boqotada “El Espectador” qəzetinin ofisinin qarşısında qətlə yetirilib. Mükafatın məbləği 25 min dollardır.
Beynəlxalq Mətbuat günündə jurnalistlər, hüquq müdafiəçiləri #FreeKhadija şüarı altında aksiya keçirirlər.
Xədicə İsmayılova iqtisadi cinayətlərdə ittiham olunaraq 7 il yarım müddətə həbs cəzasına məhkum edilib. Lakin həbsin əsl səbəbi Azərbaycan hakimiyyətinin ali eşelonunda korrupsiyanın ifşa edilməsidir.
“Amnesty International” Xədicə İsmayılovanı “vicdan məhbusu” elan edib.-16В-
-
- İqtisadiyyat
- 3 May 2016 11:33
-
- İqtisadiyyat
- 3 May 2016 12:35
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 260
Rəy yaz