Maliyyə Nazirliyi 15 mln. manat borc götürür
Bu gün – mayın 3-də Maliyyə Nazirliyi qısamüddətli istiqrazların növbəti partiyasını satışa çıxarır. İstiqrazların ödəmə müddəti 91 gündür.
Bakı Fond Birjasının məlumatına görə, investorlara ümumi məbləği 15 mln. manat həcmində istiqraz təklif olunur.
Bu gündən Maliyyə Nazirliyi özünün qiymətli kağızlarının yerləşdirilməsi üzrə şirkəti də dəyişib. Belə ki, istiqrazların yerləşdirilməsinin anderrayteri rolunda Pasha Kapital investisiya şirkəti çıxış edəcək. Bundan öncə həmin funksiyanı UniCapital yerinə yetirirdi.
Qeyd edək ki, hazırda Maliyyə Nazirliyinin manatla istiqrazlar üzrə faiz dərəcəsi banklarda sığorta edilən manatla depozit üzrə faiz dərəcəsindən bir az çoxdur. 08D
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü ölkənin azad olunmuş ərazilərində dövlət idarəçiliyi və bərpa xidmətlərinə dair əvvəlki prezident fərmanlarına dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Bu dəyişikliklər, həmin regionların idarə edilməsi və bərpası üzrə vəzifələrin dəqiqləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılmasına yönəldilib.
-
Azərbaycanın Energetika Nazirliyi Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 11-ci iclası və "Yaşıl Enerji" Şurasının üçüncü nazirlər toplantısının keçirilməsi üçün hazırlıqlara başlayıb.
-
Nazirlər Kabineti, ixracatçıları və investorları 2025-ci ildə dəstəkləmək məqsədilə ölkənin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən göstəriləcək xidmətlərin ətraflı siyahısını təsdiq edib. Qərar 22 yanvar 2025-ci il tarixində qəbul edilmiş 11 nömrəli Qərarla rəsmiləşdirilib.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yanvarın 23-də Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının rəhbəri Anna Bordon ilə ölkənin əsas iqtisadi prioritetlərini müzakirə etmək üçün görüş keçirdi. Görüşdə makroiqtisadi problemlərin həlli, etibarlı pul-kredit siyasəti islahatlarının həyata keçirilməsi və orta müddətli perspektivdə maliyyə sektorunun sabitliyinin təmin edilməsi istiqamətində birgə səylər vurğulandı.
Rəy yaz