Günel Mövludun qardaşları azad edilib
Meydan TV internet resursunun xaricdə yaşayan redaktoru Günel Mövludun qardaşları vaxtından əvvəl həbsdən azad edilib. Bu barədə o, öz facebook səhifəsində yazıb, amma bunun hansı əsaslarla edildiyini açıqlamayıb. Mövlud bundan sonra qardaşlarının başına heç nə gəlməyəcəyinə ümid etdiyini bildirib.
Vəkil və Raci İmanovlar 2015-ci il oktyabrın 13-də qanunsuz narkotik ticarəti ittihamı ilə həbs ediliblər. Sonradan Vəkil İmanov bir il, Raci isə il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aprelin 29-da məhkəmə qardaşların qalan həbs müddətini şərti cəza ilə əvəz edib.
Günel özü qardaşlarının həbsini özünün peşəkar jurnalist fəaliyyəti ilə əlaqələndirirdi.
Meydan TV-nin rəhbəri Emin Millinin qohumları ilə bağlı da eyni vəziyyət olub, onlar da narkotik saxlamaq ittihamı ilə həbs və mühakimə ediliblər.
Hakimiyyət xaricdə olan, polisin və təhlükəsizlik orqanlarının əli çatmayan jurnalistlərə bu təzyiq formasından istifadə edir. Hakimiyyət “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin redaktoru Qənimət Zahidlə də belə davranıb, onun üç yaxın qohumu birdən-birə narkotik alverçisinə çevrilib və həbsxanaya düşüb.
Qərbdə rəsmi Bakını fəal şəkildə tənqid edən bir neçə siyasi mühacirin qohumları da bu taleyi yaşayıb. -06D-
-
- Siyasət
- 2 May 2016 13:52
-
- İqtisadiyyat
- 2 May 2016 14:21
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz