Kapital Bank çoxfunksiyalı kart məhsulunu təqdim edib
Kapital Bank yeni BirKart məhsulunun təqdimat mərasimini keçirib, deyə bankın məlumatında bildirilir.
BirKart müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.
BirKart maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə veriləcək. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.
Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. BirKart-dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər.
Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.
Kapital Bank ölkənin ən qədim və ən böyük filial şəbəkəsinə malik olan bankıdır. Səhmlərinin 99,87%-i Pasha Holding MMC-yə məxsusdur.
Mayın 27-də bank səhmdarlarının ümumi yığıncağı keçiriləcək və 2015-ci ilin mənfəəti bölünəcək. --17D—
-
- Cəmiyyət
- 2 May 2016 13:56
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz