Apreldə Green Card çərçivəsində avtomobillərin çoxu İran və Türkiyəyə gedib
İcbari Sığorta Bürosu bildirir ki, apreldə Green Card çərçivəsində 387 beynəlxalq müqavilə üzrə sığorta haqları 81 min 483 manat olub.
Bunun 324-ü İran və Türkiyəyə gedən avtomobillər üçün polislər üzrədir. Qalan 62 müqavilə Green Carda daxil olan digər ölkələrin, 1 müqavilə Moldova və Ukraynaya gedən avtomobilin payına düşür.
Yaşıl kart üzrə bağlanılan müqavilələrin 161-i minik, 113-ü yük, 106-ı qoşqu, 4 -ü avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 15 manat, ən yüksək sığorta haqqı 1200 manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 2 May 2016 14:21
-
- İqtisadiyyat
- 2 May 2016 14:33
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz