Gürcüstanda mühacirətdə olan hüquq müdafiəçiləri Tbilisidə hüquq-müdafiə təşkilatı təsis ediblər
Bakı/09.10.18/Turan: Gürcüstanda mühacirətdə olan hüquq müdafiəçiləri Avtandil Məmmədov və Elçin Namazov bu ölkədə "Hüquq və Azadlıqların Müdafiə İnstitutu"(HAMİ) adlı hüquq- müdafiə təşkilatı yaradıblar. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir. Bu barədə HAMİ məlumat yayıb.
Təşkilat hüquqi yardım göstərməyi, ictimai dəstəyin təşkilini, beynəlxalq təşkilatları məlumatlandırmağı, mühacirlərə mümkün formalarda yardım göstərməyi nəzərdə tutur.
Məlumatda deyilir ki, qurumun təsis edilməsi Azərbaycanda hüquq-müdafiə təşkilatlarının iflic vəziyyətə salınması zərurətindən irəli gəlib.
"Azərbaycan hakimiyyətinin basqıları səbəbindən ölkəmizdə əksər qeyri-hökumət təşkilatları fəaliyyətini dayandırıb. Bəziləri isə hakimiyyətin ciddi təsiri altında fəaliyyət göstərir. Rejim insan haqlarının mütəmadi pozuntusuna qarşı dirəniş göstərən hüquq müdafiəçilərini sıxışdırmaqla Azərbaycanda arzuolunmaz vəziyyət yaradıb. Nəticədə insan hüquq və azadlıqlarının qorunması sahəsində ciddi boşluq mövcuddur. Həmçinin hakimiyyətin təqib və təzyiqlərindən yaxa qurtarmaq üçün ölkəni tərk edən xeyli vətəndaşımız var ki, qonşu Gürcüstana sığınıb. Lakin Gürcüstan hökuməti Azərbaycanla sıx biznes əlaqələrində olduğu üçün eyni zamanda vacib iqtisadi müqavilələrin həyati əhəmiyyətini göz önünə alaraq, azərbaycanlı mühacirləri adətən burada diqqətdən kənar, risk altında saxlayır. Qeyd olunan neqativ halların mümkün qədər aradan qaldırılması üçün səylərimizi birləşdirməyi və təşkilat formasında fəaliyyət göstərməyi zəruri hesab edirik", - xəbərdə qeyd olunur.-03B-
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz