Nadir Salifov Azərbaycana veriləcək? (yenilənib)
İstanbul/09.10.18/Turan: İstanbul polisi ötən gün xüsusi əməliyyat zamanı saxlanılmış Nadir Salifovu (kriminal aləmdə lotu Qulu kimi tanınır) dindirməkdə davam edir.
İstanbul polisindəki mənbələrin məlumatına görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra N.Salifov Azərbaycana veriləcək.
Polisin və Türkiyə KİV-in məlumatlarında N.Salifovun adı Azərbaycan mafiyasının lideri kimi çəkilir, lakin ona qarşı hər hansı ittihamların sürülməsi ilə bağlı açıqlama verilmir.
"Habertürk" agentliyinin polisə istinadən yaydığı məlumata görə, 2016-cı ildə "kriminal avtoritet" Rövşən Lənkəranskinin qətlinə N.Salifovun da bağlılığı var.
Qeyd edək ki, ağır cinayətə görə məhkum edilmiş N.Salifov bir il öncə gözlənilmədən şərti olaraq azadlığa buraxıldı və Bakıdan Türkiyəyə getdi.
Hakimiyyətin bu hərəkətinin səbəbləri ilə bağlı açıqlama verilmədi. Eyni zamanda Rusiya mənbələrinin məlumatına görə, Moskvada bazarların əksəriyyətini öz nəzarətində saxlayan yaraqlı-reket qrupuna rəhbərlik edən N.Salifov Rusiyada çoxsaylı sahibkardan pul tələb etməkdə davam edib.
Azərbaycan XİN hələlik N.Salifovun saxlanmasını və Azərbaycana ekstradisiyasının mümkünlüyünü şərh etməyib.-02D-
* * *
2018 Oktyab 09 (Çərşənbə axşamı) 10:49:37
"Lotu Quli" Türkiyədə saxlanılıb
Baku/08.10.18/Turan: Oktyabrın 8-də təxminən saat 21.00 radələrində Türkiyə polisinin ve təhlukəsizlik quvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində ictimaiyyet arasında 'Lotu Quli'- ləqəbiylə tanınan Nadir Səlifov həbs polis nəzarətinə alinmısdır. Bu barədə Turanın Türkiyə müxbiri xəbər verir.
Əməliyyatla bağlı təferruatlı melumatlar, hələ ki, açıqlanmır. -0--
-
- Cəmiyyət
- 9 Oktyabr 2018 10:44
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz