Hacıağa Nuri: «Bu, Nardarana qarşı təxribatdır».
“Bu, Nardarana qarşı təxribatdır və tezliklə bunun üstünün açılmasını istəyirik”, - Nardaran ağsaqqalı Hacıağa Nuri dünən səhər saatlarında kəndin küçələrindən birinə “Əli, Hüseyn, Allahu Əkbər” şüarlarının yazılması ilə bağlı bildirib.
“Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq çəkildə yazılan bir şüardır, mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstü açılsın. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyir”, - H.Nuri baş verənləri dəyərləndirib. O həm də kəndin güc strukturlarının nəzarətində olduğunu bildirərək burada kənar “izin olduğu” qənaətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb, onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib, qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar. Kəndin güc strukturlarının nəzarəti altında olduğunu yada salan H.Nuri bu halda belə işin baş verməsini “müəmma” adlandırır.
Kənddə yol tikinti işlərinin getməsi haqda danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından “Nardaran Piri”nə gedən 1 km.-lik yolun çəkilişinə başlanılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib, bu əməliyyat nəticəsində 2-i polis, 4-ü mülki şəxs olmaqla 6 nəfər ölüb. Aparılan həbslər zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırov həbs edilib. Daha sonra bu hərəkatın 68 üzvü cinayət məsliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin terorçuluq, dövlət çevrilişinə cəhd və s. maddələrilə ittiham irəli sürülüb.
Digər tərəfdən, dövlət başçısı İlham Əliyev Nardaranda tikinti-abadlıq işlərinin görülməsilə bağlı sərəncam imzalayıb.-05B-
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:35
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz