
Bakı/18.07.18/Turan: Paytaxtda Qida Təhlükəsizliyi Agentliyi nümayəndələrinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması üzrə reydləri davam etdirilir.
Agentliyin 18 iyul tarixli məlumatında deyilir ki, bu yaxınlarda aparılmış reydlər zamanı qanunsuz mal-qara kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilib.
Agenlik reydlərə iyunun 11-də - dövlət başçısının küçələrdə, yol kənarlarında və sanitariya-gigiyena normalarına cavab verməyən digər yerlərdə heyvan kəsimini qadağan edən müvafiq sərəncamı imzalamasından sonra başlayıb.
Bu tələbi pozanlara qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək, deyə Agentliyin məlumatında bildirilir. -02D-
Rəy yaz