Hakimiyyət müxalifətin şənbə mitinqinə icazə verib
Bakı/25.10.17/Turan: Bakı şəhər icra hakimiyyəti müxalifətin oktyabrın 28-nə təyin edilmiş mitinqinə icazə verib.
Şəhət administrasiyası Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 24-də Yasamal rayon stadionunda (əvvəlki adı "Məhsul") "Korrupsiyaya son - siyasi məhbuslara azadlıq" şüarı altında aksiya keçirilməsi haqqında bildirişinə müsbət cavab verib.
Mitinq şənbə günü saat 15.00-dan 17.00-a qədər keçiriləcək. -06D-
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz