Elmar Məmmədyarov İtaliya xarici işlər naziri ilə görüşüb
Bakı/25.10.17/Turan: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 24-25 oktyabrda Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyədə olduğu bildirilib.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb.
Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd edib. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.
Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafda olduğu bildirilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
Angelino Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq, İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib.
Görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, İtaliyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıb. -03D-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2017 14:33
-
- Cəmiyyət
- 25 Oktyabr 2017 17:58
Siyasət
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
-
ABŞ-ın yeni administrasiyası Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, Turan-ın Vasinqton müxbiri bildirib.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
Rəy yaz