Həbsdə olan hüquq müdafiəçisinin anası oğlunun ağır xəstə olduğunu bildirir
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun ailə üzvləri Penitensiar Xidmətin müalicə müəssisəsində ona baş çəkiblər. Bu barədə məhkumun anası Gülbuta Xasməmmədova bildirib. Onun sözlərinə görə, Talehin vəziyyəti ağırdır və sinir ağrılarından əziyyət çəkir. Söhbət etməyə halı olmayıb, ağrıkəsici dərmanlar da qəbul edib.
Bundan əlavə, Taleh zob xəstəliyindən əziyyət çəkir, qanında zəhərlənmə gedir. Təcili əməliyyat olunmasına ehtiyac var. Bu əməliyyatın həbsxana şəraitində həyata keçirilməsi risklidir.
Fevralın ortalarında koloniyada T.Xasməmmədova qarşı təxribat törədilib. Məhbuslardan biri onu davaya sövq edib və xəsarət yetirib. Sonra onu karserə salıblar ki, heç kim döyülmə izlərini görməsin.
Bundan öncə T.Xasməmmədov 17 saylı koloniyada karserə salınıb. Hər gün onu döyüblər, sonra “səhvən oldu” deyib üzr istəyiblər.
Məhbusun anası ölkə rəhbərliyinə müraciət edərək oğlunun məhvinə yol verilməməsini xahiş edir.
O həmçinin Talehlə yaxından maraqlandıqları üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə, KİV və digər qurumlara minnətdarlığını bildirib.
Xatırladaq ki, T.Xasməmmədov Göyçay-Ucar bölgəsində icra hakimiyyətinin yol verdiyi qanun pozuntularını və korrupsiya faktlarını aşkarlaması ilə tanınır. Onu bir neçə dəfə hədələyərk öz yazılarını dayandırmağı tələb ediblər. 2015-ci ildə xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. –06D—
-
- Cəmiyyət
- 29 Fevral 2016 16:36
-
- Foto sessiyalar
- 29 Fevral 2016 17:16
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz