Həbsdə olan jurnalistin anası prokurorluqda izahat verib
Bakı/03.11.17/Turan: Həbsdə olan 7gün.az saytının rəhbəri Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva oğlunun işgəncəyə məruz qalması ilə bağlı Xəzər rayon Prokurorluğuna çağırılıb. Bu barədə Zahirə Şirəliyevanın özü Turan-a bildirib.
"Prokurorluq əməkdaşları məni dinlədi və izahatımı aldı. Prokurorluqdan bildirdilər ki, müraciətlər prokurorluğa daxil olub və onlar Cavid Şirəliyevə verilən işgəncə faktının araşdırılmasına başlayıb və izahat da bunun üçün alınır. Eyni zamanda bildirdilər ki, yaxın günlərdə məsələ ilə əlaqədar olaraq onlar Cavid Şirəliyevlə də görüşəcəklər və məsələni araşdıracaqlar. Cavid Şirəliyevə işgəncə verilməsi onların diqqətindədir və onlar tərəfindən bu məsələ araşdırılacaq", deyə ana qeyd edib.
C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
O, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.
Bu il oktyabrın 3-də Zahirə Şirəliyeva 9 saylı Cəzaçəkmə Müəsissəsində 10 günlük cərimə kamerasında qaldıqdan sonra oğlu Cavid Şirəliyevlə görüşüb.
"Cavid Şirəliyev və Rüfət Səfərov (keçmiş müstəntiq) cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirmək istədiklərinə görə cərimə kamerasına (kars) salınıblar. 10 gun karsda olduqları müddətdə ağır işgəncələrə məruz qalıblar. Oğlum Cavidi asfalta yıxaraq əllərinə qandal vurulmuş vəziyyətdə təpik, dubinka ilə ürəkləri soyuyana qədər döyüblər. Cavidin şalvar-köynəyi cırıq-cırıq idi, paltarları hal-hazirda məndədir. Əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox saxlayıblar. Mənimlə olan müddətdə vəziyyəti çox pis idi. Heç nə yemir, həkim müayinəsinə ehtiyacı var", deyə ana oğlu ilə oktyabrın 3-də görüşündən sonra bildirmişdi.
Öz növbəsində, Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində işgəncə ilə bağlı söylənilənləri təkzib edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Rüfət Səfərova və ya digər hər hansı şəxsə işgəncə verilməsinin mümkünsüz" olduğunu bildirib.
Karserə salınmasına gəlincə, M.Sadıqovun sözlərinə görə, mühakimə olunmuş şəxs və ya onun vəkili bu qərardan məhkəməyə şikayət verə bilər. -03D-
-
- Maliyyə
- 3 Noyabr 2017 13:02
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz