Dövlət Departamenti: �Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır�
Bakı/03.11.17/Turan: "Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər", deyə Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib. "Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələr yayan təbliğatın qarşısını alırlar.
Bir sıra ölkələrdən nümunələr gətirən Nauert Azərbaycan, Rusiya, Türkiyə, İraq, və Suriyanı sadalayıb.
"Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır", deyə Nauert bildirib.
O qeyd edib ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam olmasına vasitəçilik edir.
"Rusiyada jurnalistlərin qətli istiqamətində cavabdehliyə doğru irəliləyiş baş vermir. Türkiyədə jurnalistlərə və müstəqil media institutlarına hücumların müəllifləri minimum cəzalar alırlar. Bu cəzasızlıq müstəqil medianın hədəf alınmasında ədliyyə qanadından istifadə fonunda baş verir", deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət media peşəkarlarına qarşı cinayətlərdə cəzasızlığa son qoymaq üçün birgə hərəkət etməlidir. Nauert ABŞ-ın "xaricdə azad, peşəkar müstəqil mətbuata sədaqətini yenilədiyini" deyib. -03D-
-
- İqtisadiyyat
- 3 Noyabr 2017 12:28
-
- Cəmiyyət
- 3 Noyabr 2017 12:50
Siyasət
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
Rəy yaz