Həbsdə olan müxalifətçi bloger Mehman Hüseynova dəstək olaraq aclıq elan edib
Bakı/10.01.19/Turan: Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına keçirilməsilə bağlı şikayətini təmin etməyib. Bu barədə onun vəkili Osman Kazımov bildirib.
Onun sözlərinə görə, məhkəmə iclası zamanı A.Həsənov bloger Mehman Hüseynova dəstək olaraq və təcridxanada doğmaları ilə görüş və telefonla danışmaq hüququnun pozulmasına görə aclığa başladığını elan edib.
* Mehman Hüseynovun həbs müddətinin bitməsinə ik ay qalmış 2018-ci il dekabrın 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. O, uydurma ittihama etiraz olaraq aclıq elan edib və indiyədək davam etdirir.
** Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə olub. Oktyabrın 10-da xəstə atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin növbəti gün onu saxlayıblar. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Oktyabrın 12-də məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.
Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus elan ediblər.-03B06-
-
- Söz istəyirəm
- 9 Yanvar 2019 22:50
-
- Cəmiyyət
- 10 Yanvar 2019 10:54
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz