Hərbi Prokurorluq əsgər Ç.Tarverdiyevin yaralanması haqqında
Yanvarın 27-də Tovuz rayonundakı hərbi hissələrdən birində baş vermiş silahlı insident faktı üzrə cinayət işi başlayıb.
Bir müddət əvvəl əsgər Çingiz Tanrıverdiyevin atası Aydın Tanrıverdiyev KİV-ə bildirib ki, oğlu hərbi hissənin yüksək vəzifəli zabiti tərəfindən güllələnib və ona lazımi tibbi yardım göstərilmir.
Öz növbəsində, Hərbi Prokurorluqdan Turan-a bildiriblər ki, əsgər Çingiz Tarverdiyev 2014-cü ilin may ayında öz sağlamlığına ziyan vurmaqla xidmətdən yayınmaya görə 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilib.
Cəzasını çəkdikdən sonra dekabrda o, xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilib.
Yanvarın 27-də saat 06:00-da mühafizə növbəsində olarkən o, əsgər yoldaşı ilə mübahisə edib, daha sonra xidməti istifadəsində olan silahdan mübahisə etdiyi əsgərin başı üzərindən havaya atəş açıb.
Daha sonra o, digər əsgərdən silahını istəyib. Tarverdiyev digər əsgərin başı üzərindən də iki dəfə atəş açıb. Daha sonra avtomatı öz çənəsinə dirəyərək, əsgər yoldaşı avtomatı ona vermədiyi təqdirdə özünü güllələcəyi ilə hədələyib.
Bundan sonra Tarverdiyev əlində iki avtomatla əsgər yataqxanasının qarşısına gedib və “tabor düzülsün” deyə qışqıraraq, havaya atəş açmağa başlayıb, əsgər yoldaşının mobil telefonunu yerə çırparaq sındırıb.
O, yenidən avtomatı çənəsinə dirəyərək hədələməyə başlayıb. Əsgər yoldaşları ona mane olmağa çalışsa da, o, bir dəfə atəş açıb, güllə başına dəyib.
Tarverdiyəv təcili olaraq hospitala çatdırılıb və ona təpə-gicgah nahiyəsindən əməliyyat edilib, müalicə davam edir.
Faktla bağlı CM-in 335.1 (öz sağlamlığına ziyan vurmaqla hərbi xidmətdən boyun qaçırma) və 349.1-ci (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi açılıb. -06D-
-
- Siyasət
- 5 Fevral 2015 18:15
-
- İqtisadiyyat
- 5 Fevral 2015 19:07
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 245
Rəy yaz