![RF XİN Qarabağ cəbhəsindəki vəziyyətdən narahatdır](https://turan.az/resized/media/2015/main/020500105431-750-500-resize.webp)
RF XİN Qarabağ cəbhəsindəki vəziyyətdən narahatdır
Rusiya Dağlıq Qarabağda vəziyyetin ciddi şəkildə gərginləşməsindən narahatdır. Bu barədə bugünki brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
“Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çox çətin vəziyyət davam etməkdədir. Əvvəlki kimi atəşkəs rejiminin pozulması hallarının sayı çoxdur, döyüş qarşıdurmaları sıxlaşıb, diversiya-təxribatçı qruplar fəallaşıb”, deyə İTAR-TASS Lukaşeviçdən sitat gətirir.
Lukaşeviç qeyd edib ki, ATƏT-in monitorinq missiyasının rəsmi mənbələrin məlumatlarına əsaslanan xəbərinə görə, yalnız bu ilin yanvar ayı ərzində münaqişə zonasında 12 nəfər həlak olub, 18 nəfər yaralanıb. “Aydındır ki, qurbanların faktiki sayı xeyli çox ola bilər”, deyə o əlavə edib.
“İsrarla tərəfləri gərginliyin azaldılmasına yönəlmiş təsirli tədbirlər görməyə çağırırıq, münaqişənin gərginləşməsinə gətirib çıxaran addımlardan uzaq olmağa çağırırıq”, deyə rusiyalı diplomat bildirib. -0-
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 294
Rəy yaz