Hüquq müdafiəçiləri Mehman Hüseynova hücumu pisləyiblər
Bakı/29.12.19/Turan: Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) bloger Mehman Hüseynovun polis tərəfindən saxlanmasını və döyülməsini kəskin şəkildə pisləyib.
“Blogerin güc tətbiq edilməklə əsassız saxlanması faktı Avropa Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliklə təmin edilmiş əsas azadlıqların kobud şəkildə pozulmasıdır. İşgəncə tətbiq etmək isə vəzifəli şəxslər tərəfindən törədilən cinayətdir”, - Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.
SMMM blogerə hücumla bağlı araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını, M.Hüseynovun sağlığına dəyən zərərə və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edib.
Xatırladaq ki, M.Hüseynov dekabrın 27-də axşam reper Pərviz Quluzadənin həbsinə etiraz olar keçirilən aksiya zamanı polis tərəfindən saxlanılıb. O,şəhər kənarına aparılaraq və ağır döyülüb.
DİN M.Hüseynovun “razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə” saxlanıldığını təsdiqləyib, lakin döyülmə faktını təkzib edib.06В-
-
- Cəmiyyət
- 29 Dekabr 2019 12:21
-
- İqtisadiyyat
- 29 Dekabr 2019 13:23
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz