Ильгар Мамедов
İlqar Məmmədovun işi yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb
Bakı/02.07.18/Turan: İyunun 30-da Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası məsələsinə baxıb.
Vəkil Fuad Ağayev bildirib ki, Plenum kassasiya və apellyasiya instansiyalarının qərarını ləğv edərək işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.
Qeyd edək ki, bundan öncə Ali Məhkəmə işi bir dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və o, qərarı qüvvədə saxlamışdı.
Müşahidəçilərin fikrincə, Plenumun bu qərarı İ.Məmmədovun həbsdə saxlanmasını yubatmaq üçün hakimiyyətin hiyləsidir.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.
AİHM İ.Məmmədovun həbsinin qanunsuz olması ilə bağlı iki qərar qəbul etsə də Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda davam edir.-06D-
Cəmiyyət
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz