IMEI kodun qeydiyyatı tariflərinin artırılması ilə bağlı müraciət hazırlanır
Azərbaycan İnternet Forumunun və "Multimedia" QHT-nin rəhbəri Osman Gündüz mobil qurğuların IMEI kodunun qeydiyyatı tariflərinin artırılması ilə bağlı prezident İlham Əliyevə müraciət hazırlandığını bildirib. Bundan əlavə, İnternet Forumun müraciətində "Asan İmza"ya görə ödənişlərin artırılması məsələsi də müzakirə olunacaq.
"Hazırda tariflərin artırılması və "Asan İmza"nın bahalaşması ilə bağlı Forum üzvləri arasında müzakirələr aparılır. Hesab edirəm ki, bəyanat bu gün hazır olacaq. Bu gün yaxud sabah müvafiq bəyanatla dövlət başçısına müraciət edəcəyik", - O.Gündüz bildirib. O, ölkənin ali rəhbərliyinin informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş siyasəti baxımından da tarif artımının yolverilməz olduğunu qeyd edib.
ІМЕІ kodun qeydiyyatı üçün tariflərin artırılması nəticəsində vətəndaşlar şəxsi istifadədə ucuz primitiv texnikaya üstünlük verəcəklər ki, bu da LTE texnologiyasının tətbiqinə və saniyədə 100 meqabit sürətə nail olmaqdan ötrü dördüncü nəsil 4G şəbəkəsinə, həmçinin elektron hökumət və digər innovasiyalara keçidə əngəl törədir.
Məlum olub ki, texniki baxımdan mobil qurğuların kodunun qeydiyyatı çətinlik törətmir, lakin bu addımın atılmasında məqsəd nədir sualı ortaya çıxır. Əgər tarif artırılması qaçaqmalçılıq və "boz bazar" ilə mübarizəyə yönəldilibsə bu neqativ hallarla müvafiq orqanlar, o cümlədən tam səlahiyyət və texniki imkanları olan Dövlət Gömrük Komitəsi mübarizə aparmalıdır. Beləliklə, telefonların qeydiyyatı tariflərinin artırılmasına sadə vətəndaşlar tərəfindən bu problemin həlli müstəvisində baxıla bilməz. Bu addımın səbəbləri barədə sualı cavablandırmaq lazımdır.
Ekspertin fikrincə, "boz bazar"ın büdcəyə vuduğu zərər nəzarətsiz və qanunsuz kommesiya fəaliyyətinin nəticəsidir. Mobil cihazları şəxsi istifadə üçün gətirən vətəndaşlar buna görə heç bir məsuliyyət daşımırlar. "Xaricdən şəxsi istifadə üçün telefon alan ayrı-ayrı fiziki şəxslər dövlət xəzinəsinə zərər vura bilməzlər", - O. Gündüz qeyd edib.
Qeyd edək ki, 2016-cı il üçün məlumata görə, hər ay IMEI kod sistemində fiziki şəxslər tərəfindən 50 minədək mobil qurğu qeydiyyatdan keçib, rəsmi daşımaların həcmi 20 min ədədi bir az ötüb. Rəsmi hesablamalara əsasən hər il "boz bazar"a görə dövlət büdcəsinə 50 mln. dollar daxil olmayıb.
Xatırladaq ki, əvvəllər mobil qurğunun IMEI kod qeydiyyatının qiyməti 5 manat idi (kommersiya satışı üçün 1,6 manat). Nazirlər Kabinetinin bu yaxınlardakı qərarına əsasən sadə vətəndaşlar bazar qiymətindən asılı olaraq 30 manatdan 150 manatadək ödəyəcəklər. Bundan əlavə, Аzercell Telekom avqustun 15-dən "Asan Imza" xidmətindən istifadəyə görə ödənişi 1 manatdan 2,5 manata qaldırıb. Mütəxəssislər ehtimal edirlər ki, Аzercell-in ardınca digər operatorlar da həmin xidmətə görə tarifi artıra bilər.
Ümumilikdə, hər iki qərar Azərbaycanda elektron xidmətlərə marağı azalda bilər.
-
- Cəmiyyət
- 7 Avqust 2018 14:07
-
- Böyük Şərq
- 7 Avqust 2018 15:12
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz